Bakıda tələbə qız özünü 17-ci mərtəbədən atdı – Nişanlısından ayrılıbmış

Bakıda intihar hadisəsi baş verib.

24saat.org APA-ya istinadən məlumatına görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

Oğlunun toyuna hazırlaşırdı, qəzada öldü – VİDEO

%d bloqqer bunu bəyənir: