Advertisements
24 saat

Bakıda “Təcili yardım” qəzaya düşdü: Xəstə öldü

Bakıda “Təcili yardım” avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.
Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli “Təcili yardım” avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda “Azsamand” markalı avtomobil qəfildən “Təcili yardım” maşınına çırpılıb.
Əraziyə digər “Təcili yardım” avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: