Now Reading:
Bakıda “Su festivalı” keçirmək istəyən gənclər polisə aparıldı – VİDEO
Full Article 40 second read

Bakıda “Su festivalı” keçirmək istəyən gənclər polisə aparıldı – VİDEO



“Biz əlimizdəki su butulkalarının qapığını deşərək bir-birimizi sulamaqla festivalı qeyd etmək istəyirdik”

Dünən Bakıda Su festivalı keçirən gəncləri polis saxlayaraq bölməyə aparıb.

Bu barədə Bizimyol.info-ya festival iştirakçılarından biri məlumat verib. “Biz əlimizdəki su butulkalarının qapığını deşərək  bir-birimizi sulamaqla festivalı qeyd etmək istəyirdik.
Filarmoniyanın yanında olan parkda polislər bizə icazə vermədilər. Daha doğru bizi qovdular. Biz Dağüstü parkda qeyd etdik. Burada bir-birimizi sulayırdıq. Əraziyə gələn polis əməkdaşları festival iştirakçısı olan 20 nəfəri saxladı. Bizə təzyiq göstərərək post-patrul maşınlarına mindirərək ərazidən uzaqlaşdırdılar”, – deyə festival iştirakçısı bildirib.
Onun sözlərinə görə, iki saata yaxın şəxslər polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: