Now Reading:
Bakıda sərnişin avtobusunda yanğın – FOTO
Full Article 50 second read

Bakıda sərnişin avtobusunda yanğın – FOTO

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib.


Lent.az-ın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, prospektlə Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı, “MAN” markalı 21 nömrəli marşrut avtobusunun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstünün avtobusun içinə daxil olmasından sonra sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.
Qeyd edək ki, bu, 21 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu ilin fevralında “Şah İsmayıl Xətai” metro stansiyası qarşısında da baş vermişdi. O zaman da hərəkətdə olan “MAN” markalı sərnişin avtobusunun təkər hissəsi yanmışdı. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunur ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: