Now Reading:
Bakıda sənədi tapılan erməninin atası danışdı
Full Article 1 minutes read

Bakıda sənədi tapılan erməninin atası danışdı



Bu gün Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş polkovnik-leytenant Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.

ANS-in məlumatına görə, bu barədə polkovnik-leytenantın atası Qevorq Arakelyan “Nyus.am” portalına danışıb.

Qevorq Arakelyan erməni mətbuatına sənədin aprel döyüşlərində həlak olan oğlu Aleksan Arakelyana məxsus olduğunu bildirib. “Bütün məlumatlar uyğun gəlir. Sürücülük vəsiqəsindən başqa azərbaycanlılar həmçinin bütün sənədlərini, saatını, pulunu, mənim Alikimin maşınının açarlarını götürüblər”, – deyə Qevorq Arakelyanı bildirib.

Ermənistan vətəndaşına məxsus sənəd Bakının Sabunçu rayonunda tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.

Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: