Advertisements
24 saat

Bakıda səfirliyə məxsus maşın qəzaya düşdü: iki nəfər yaralandı


Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

“Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini, 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı və Mərakeş Krallığı vətəndaşı, 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: