Now Reading:
Bakıda restoranda baş verən atışmanın təfərüatları
Full Article 50 second read

Bakıda restoranda baş verən atışmanın təfərüatları



Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

Bakıda güllələnmə hadisəsi baş verib. Hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə  yerləşən “Bulaq” restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib.  Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Atəş “Makarov” tipli tapançadan açılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: