Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda rəfiqələri ilə çimərliyə gedən 18 yaşlı qızın faciəvi sonu

Dünən Mərdəkan çimərliyində boğulmaq təhlükəsi ilə üzləşən 3 nəfərdən ikisinin xilas edilməsi barədə xəbər vermişdik.

Lent.az-ın məlumatına görə, həmin hadisə vaxtı 18 yaşlı Camalzadə Nərmin Niyaməddin qızı boğularaq vəfat etmişdi və cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdi. Bildirilir ki, N.Camalzadənin meyiti artıq ailəsinə təhvil verilib və dəfn edilib. Hadisənin baş vermə səbəbinə gəlincə, dünən günorta saatlarında N.Camalzadə digər iki rəfiqəsi ilə çimərliyə gedib. Hava şəraitinin küləkli və dənizin nisbətən dalğalı olmasına baxmayaraq, qızlar suya giriblər.

Təxminən 1 metr dərinlikli suda olarkən sahilə çırpılaraq geri qayıdan dalğalar qızları sahildən uzaqlaşdırmağa başlayıb və onlar qışqıraraq kömək istəyiblər. Dərhal yaxınlıqdakı şəxslər və xilasedicilər köməyə yetişməyə çalışsalar da, üzməyi bacarmayan qızlardan 18 yaşlı Nərmin dəniz sularında boğulub. Faktla bağlı araşdırma aparılır.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Gəncədə 7 ədəd tank əleyhinə mina tapılıb – FOTO

%d bloqqer bunu bəyənir: