Loading...
Loading...

Bakıda qurbanlıq heyvanlar üçün 10 satış məntəqəsi ayrılıb – SİYAHI

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qurban bayramında gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli  məlumat verib.

O deyib ki, qurbanlıq heyvanlar ənənəvi olaraq 10 satış məntəqəsində təklif olunacaq:

“Əgər yerli icra orqanları heyvan satılması üçün yerlə bağlı bizə müraciət edəcəksə, həmin ərazilərə də bizim həkimlər təhkim olunacaq.

Amma hələlik bununla bağlı bizə müraciət daxil olmayıb”.

Y.Xanvəli ölkədə kifayət qədər xırda və iribuynuzlu heyvan olduğunu bildirib:

“Rusiyadan, Gürcüstandan kifayət qədər xırda və iribuynuzlu heyvan gətirilib”.

Konkret saya gəlincə, qurum rəsmisi heyvanların müxtəlif vaxtlarda gətirildiyindən dəqiq hesabatını aparmağın mümkünsüz olduğunu deyib.

 

Baytarlıq rəsmisi bayramda bahalaşma olmayacağını da açıqlayıb:

“Hərçənd ki, qiymət tənzimlənməsi bizim səlahiyyətimizdə deyil, güman edirəm ki, bayramda artım olmayacaq”.

Y.Xanvəli bayramda heyvanların kəsimi zamanı qanın küçələrə axıdılmasının qarşısının mümkün qədər alınacağını deyib: “Amma bu, təkcə bizim gücümüz daxilində deyil. Yerli icra orqanları, hüquq mühafizə orqanları da buna nəzarət etməlidir.

Biz yalnız heyvanların sağlamlığına nəzarət edirik. Yerin təmizlənməsi və ona nəzarət digərlərinin işidir”.

 

Modern.az daimi kəsim məntəqlərinin ünvanlarını sizə təqdim edir:

 

“Banvit” ət kəsim məntəqəsi

“Keşlə” bazarı

“Qoç ət” Qaradağ rayonu, Lökbatan qəsəbəsi

“Ese” MMC ət və ət məhsullarının satışı firması,

Binəqədi rayonu “Nəsimi Hüseynov”

“Azprotein Foods” ət kəsim zavodu,

“Bəsid” firması Nizami rayonu

Bayıl qəsəbəsi

“Ucal Ergün”-Nərimanov rayonu

“Öz fermamızdan” Xəzər rayonu, Binə qəsəbəsi.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Eldar Mahmudovun azadlıqda qalması hakimiyyətə ləkədir”

%d bloqqer bunu bəyənir: