Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qizdirici.jpg

Bakıda qızdırıcılar od qiymətinə satılır – FOTOLAR

Havanın temperaturu düşdükcə istilik sistemlərinə tələbat artır. Evin qızdırılmasında radiatorlardan, qızdırıcılardan və kombilərdən istifadə olunur. Bazardan reportaj hazırlayan əməkdaşımız müəyyənləşdirib ki, istilik sistemlərinin qiymətləri növündən, firmasından, gücündən və növündən asılı olaraq dəyişir.

Satıcılar bildirdilər ki, son zamanlar alıcılar əsasən radiatorlar və qızdırıcılar alırlar. Radiatorlar seksiyalı, panel və yağla işləyən növlərə bölünür. “Polaris PRE” markalı radiatorın qiyməti 90 manatdan başlayır. Yağla işləyən “Delonghi” radiatorların qiyməti isə 100 manatdır. Bazarda qiyməti 200 manata qədər olan radiatorlar var.

Qızdırıcıların qiyməti isə 51 manatla 235 manat arasında dəyişir. Yağ və elektriklə işləyən qızdırcıların gücü 0-900 Vt, 951-1000 Vt, 1001-1500 Vt, 1800-2500 Vt, 2501-3000 Vt və 1501-2000 Vt arasındadır. Qızdırıcıların qiymətinə onun sahəsi (0-15 m², 16-25 m², 26-40 m²) də təsir göstərir. Yəni sahəsi artdıqca qiymət də artır. “Simfer” markalı qızdırcı 59 manatdan və “DeLonghi HMP 1500” qızdırıcının qiyməti 150 manatdan başlayır. “King K 6265” qızdırıcının qiyməti isə 100 manatdan yuxarıdır. Onu da öyrəndik ki, qızdırcıların qiymətinə brendlərin təsiri var. Məhsullar Çin, Cənubi Koreya və Türkiyə istehsalıdır.

Satıcıların sözlərinə görə, havanın tempraturunun aşağı düşməsinə görə qızdırıcılara tələbat artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik sistemləri bahalaşıb. Satıcılar qiymət artımını manatın devalvasiyası və vergilərin artması ilə əsaslandırdılar.

Onu da öyrəndik ki, bazarda ikinci əl qızdırıcıları da var. Onların da öz alıcıları var.

Bizimyol.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bakıda kiloqramı 500 manata alça satılır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: