Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda qeyri-adi baş daşları – DARAQ, QAYÇI, MİŞAR

Novxanı kənd qəbiristanlığında bir neçə qəbir qeyri-adiliyi ilə seçilir. Dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbir daşlarında həkk olunub. Hətta elə qəbir var ki, mərhumun peşəsinə uyğun abidə qoyulub.

Bir qəbir “Balami” ləqəbli mərhum Məmmədbağır Sadıqova məxsusdur. 1891-ci ildə doğulan Məmmədbağır Sadıqov 19 il sürücü məktəbinin müəllimi işləyib. 55 il əvvəl qoyulan bu abidə də məhz onun peşəsini xatırladır.

Novxanı qəbiristanlığında bu qəbildən qəbir daşlarının sayı çoxdur. Kim hansı peşənin sahibi olubsa, qəbir də ona uyğun hazırlanıb.

“Qozbel Tofiq” kimi tanınan mərhumun qəbir daşında mişar şəkli əks olunub.

Daraq və qayçını görən şəxs isə mərhumun vaxtilə bərbər olduğunu anlayır.

Hələ bu harasıdır. Çoban olduğu üçün baş daşına qoyunla rəsmini yerləşdirənlər də var.

Qəbiristanlıqda şair, həkim və din xadiminin də qəbirləri diqqət çəkir.

82 il yaşamış Hacıbala Babayev isə faytonçu olub. Başqa bir qəbrin üstündə isə qoç şəkli həkk olunub.

Molla Seyidqulu Quliyevin sözlərinə görə, bu qəbirlər digərlərindən çox diqqət çəkir. Məhz bu səbəbdən də qəbiristanlığa ziyarətə gələnlər onların şəxsiyyətləri ilə maraqlanırlar. Bununla belə, bu ənənə artıq tarixə qovuşub. İndi insanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər.

Xezerxeber.com-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Astroloji proqnoz – 01 iyun

%d bloqqer bunu bəyənir: