Advertisements
24 saat

Bakıda qardaş qardaşı bıçaqladı


Bakının Yasamal rayonunda qardaş qardaşı bıçaqlayıb.

Musavat.com bildirir ki, hadisə rayonun 13-cü Xrebtovı (hazırkı Ümid Əkbərov) küçəsində baş verib. 36 yaşlı Vüsal Sadıqov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Dərhal əməliyyata götürülən yaralının həyatını həkimlər xilas edə biliblər. Vüsal Sadıqovun qohumları onun yıxılaraq xəsarət aldığını bildiriblər.

Hadisə barədə məlumat alan Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Aradırmalar zamanı məlum olub ki, bıçaq Vüsal Sadıqova yıxılması nəticəsində batmayıb. Onu qardaşı bıçaqlayıb. Toplanan materiallar istintaqa göndərilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: