24 saat

Bakıda qadının iştirakı ilə kütləvi dava: Xəstəxanalıq oldular


Bakıda kütləvi dava olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri – 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər. Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: