Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda qadını stəkanla öldürənlərə 39 il HƏBS

76 yaşlı qadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında məhkəməyə hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Zərərçəkənin hüquqi varisi prokurorun çıxışı ilə razılaşıb. Vəkillər müdafiə çıxışı edib. Təqsirləndirilənlər son sözlə çıxış edərək hakimdən onlara yüngül cəza verilməsini xahiş edib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Vüsal İsayev 20 il Şəmsi Məhərrəmov isə19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 21-də, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar. V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğanı təhvil veriblər. Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Məcburi köçkünlər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib

%d bloqqer bunu bəyənir: