Advertisements
24 saat

Bakıda polis rəisinin oğlu “Gelandevagen”lə qəza törətdi – FOTO


Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb.

Missiya.az-a verilən məlumata görə, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən “Gelandevagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.

Məlumata görə, qəzanı törədən 777 dövlət nömrə nişanlı “Gelandevagen” avtomobili Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsusdur.

Qəzaya səbəb sürət həddinin aşılması və ara məsafəsinin qorunmaması olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: