Bakıda polis rəisinin “Land Cruiser”i qəzaya düşdü – FOTO

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

24saat.org azvision.az-a istinadən bildirir ki, qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet aveo” markalı avtomobil “Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, “Toyota Land Cruiser” markalı avtomobil Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir.

Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Ermənistan vətəndaşı Naxçıvana keçib

%d bloqqer bunu bəyənir: