Bakıda polis maşınının iştirakı ilə qəza: 4 nəfər yaralandı


Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub.

 

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakinləri-1962-ci il təvəllüdlü Yavər Həsənovun idarə etdiyi “KamAZ” , 1965-ci il təvəllüdlü Seyfəddin Əzizovun idarə etdiy “Nissan” və 1965-ci il təvəllüdlü İlqar Muradovun idarə etdiyi DİN-in Baş Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı avtomobillər toqquşublar.

S.Əzizov, sərnişinləri-1963-cü il təvəllüdlü Cimnaz Əzizova, 1971-ci il təvəllüdlü Gülnaz Kazımova və 2004-cü il təvəllüdlü Nərmin Kazımova xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İdman kompleksində bədbəxt hadisə – 25 yaşlı qız öldü

%d bloqqer bunu bəyənir: