Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi

Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

Report bildirir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb. Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Milli Şuranın daha bir üzvü “bandotdel”ə çağrıldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: