Bakıda partlayış: insanlar təşvişə düşdü


Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

ANSPRESS-ə istinadən xəbər verir ki, içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayışın gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Nardaran sakini silahla polis bölməsinə gəldi

%d bloqqer bunu bəyənir: