Bakıda nurçulara qarşı əməliyyat keçirildi

Bakıda nurçulara qarşı əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Məlumata görə, evində axtarış aparılan şəxslər nurçuluğu təbliğ edirmiş.(apa)

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

İnsan alverinə qarşı qabaqlayıcı tədbirlərə dair yekun hesabat

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: