24 saat

Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı

Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.
DİN xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun “28 May” qəsəbəsi ərazisində yerləşən “Azər ət” MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.
Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: