Now Reading:
Bakıda məktəbli sinif yoldaşını tir tüfəngi ilə vurdu
Full Article 30 second read

Bakıda məktəbli sinif yoldaşını tir tüfəngi ilə vurdu



Bakıda əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə B. Nuriyev küçəsi 2 ünvanında yerləşən “Akvarium” əyləncə mərkəzində qeydə alınıb. Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Polisdən həmçinin bildirilib ki, H. Baxşəliyev və A. Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: