Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək


Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə, əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan veriləcək.

Bu barədə “Sputnik”-ə Hacı Soltan məlumat verib.

O bildirib ki, Ramazan ayı olduğu üçün, mərasim axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

“1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim”, – Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib: “Bir sözlə, bizim qiyabi dostluğumuz olub”.

Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri dəvət etdiyini də bildirib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İsrail Fələstinə qoşun göndərir

%d bloqqer bunu bəyənir: