Now Reading:
Bakıda lal qıza qarşı amansızlıq: saçını kəsib cibinə yığdılar
Full Article 30 second read

Bakıda lal qıza qarşı amansızlıq: saçını kəsib cibinə yığdılar



Bakıda nitq qüsurlu qadın döyülüb. Cumhuriyyet.az-ın “report”a istinadən verdiyi xəbərə görə, hadisə Yeni Günəşli qəsəbəsi V massivi bina 21-də qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Bədəlova Bəsti Allahverdi qızı qonşular tərəfindən binanın blokunda tapılıb.


Məlum olub ki, B.Bədəlova döyülüb, onun üz və bədən nahiyəsinə xəsarətlər yetirilib, saçının bir hissəsi isə cibinə yığılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, B.Bədəlova mənzildə tək yaşayır. Hadisə vaxtı isə mənzilin qapısı açıq olub.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: