Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda kuryoz: pasportunda “qırmızı göz” yazdılar

Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsində unikal bir ilkə imza atılıb.

Hicran Qurbanlı adlı vətəndaş şəxsiyyət vəsiqəsini alıb və evə qayıtdıqdan sonra gözlərinin rənginin qırmızı yazıldığını görüb. 24saat.org-un xəbərinə görə, bu haqda H.Qurbanlı Feysbuk səhifəsində xəbər yayıb.
Onun sözlərinə görə, bir aydır şəxsiyyət vəsiqəsinin verilməsi üçün get-gəl edib: “Axırda bu da nəticəsi. Gözlərimin rəngi qırmızı yazılıb”.
Maraqlıdır ki, şəxsiyyət vəsiqəsini təqdim edən polis idarəsinin əməkdaşları H.Qurbanlının gözlərinə baxarkən nəyin şahidi olublar?! Adətən rəng seçimində səhv edənlər “daltonik” adlanır. Görünür, ya həmin şəxs bu kateqoriyaı məmurdur, ya da onun gözünə elə görünüb. Əks halda həmin gün qadının gözləri qızarmış olmalıydı ki, belə qeyd olunsun. Bu da mümkün deyil.
Onu da deyək ki, yalnız gecələr fləşlə çəkilən fotoşəkillərdə gözlər hər zaman qırmızı düşür.
Fotoaparatın fləşi çox qısa bir zamanda çox qüvvətli bir işıq verir. Göz bəbəyimiz isə bu qədər qısa zamanda kiçilməyə fürsət tapa bilmir.

İşıq birbaşa retinaya çatır və oradan da birbaşa damarların görünüşü əks olunur. Bax fləşlə çəkilən fotoşəkillərdə görülən bu qırmızılıq retina təbəqəsindəki damarların görünüşüdür.
İndi çox fotoapparatlarda gözün bu qırmızı görünüşünü azaldacaq tədbirlər görülüb.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycandakı uzunömürlülərin sayı açıqlandı

%d bloqqer bunu bəyənir: