Now Reading:
Bakıda kriminal aləmin nüfuzlu şəxsləri saxlanılıb
Full Article 30 second read

Bakıda kriminal aləmin nüfuzlu şəxsləri saxlanılıb



Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

“Report”un xəbərinə görə, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah – “Kalaşnikov” avtomatı, “Makarov” və “Naqan” tapançaları, habelə, narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər “Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: