Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103580

Bakıda kişi keçmiş arvadının üstünə benzin tökərək yandırıb

Bakıda dəhşətli hadisə baş verib. Hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb.

Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub.

Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Faktla bağlı araşdırma aparılır. (apa)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Qadın avtobusda uşaq dünyaya gətirdi – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: