Loading...
Loading...

Bakıda işdən çıxarılan qadın intihar edib

Bakıda 2 qadın intihar edib. Nərimanov rayonu M.Nağıyev küçəsində yaşayan 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı özünü 9-cu mərtəbədən ataraq intihar edib. Oxşar hadisə Yasamalda da baş verib.

Hüseyn Cavid prospekti 575-ci məhəllədə yaşayan 1949-cu il təvəllüdlü, Rusiya vətəndaşı Muradova Nina Aleksandrovna özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

İntihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İnterAz xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Murtuza Nağıyev küçəsi 2A ünvanındakı yeni tikilmiş çoxmərtəbəli binanın 9-cu mərtəbəsindəki pilləkən meydançasından özünü ataraq intiuhar edən 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı əslində həmin binanın sakini olmayıb.

Bildirilir ki, S.Ağayeva Nərimanov rayonunun Təbriz küçəsində yaşayırmış və evini dəyişdirmək istəyirmiş. O, M.Nağıyev küçəsinə də ev almağı planlaşdırıbmış və bu məqsədlə həmin ünvana gedib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, S.Ağayeva təhsil müəssisələrindən birində çalışırmış və 2 ay əvvəl hələlik dəqiqləşməmiş səbəblərdən işdən çıxarılıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabirabadda maşın kanala aşdı

%d bloqqer bunu bəyənir: