Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda içkili ata oğlunu bıçaqladı – FOTO

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.(musavat.com)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Bakıda evə maskalı basqın: külli miqdarda pul və qızıl aparıldı

%d bloqqer bunu bəyənir: