Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda güclü yanğın: Evlər təhlükədə – FOTO

Sabunçuda mazutluq ərazidə güclü yanğın başlayıb. Havanın küləkli olması yanğının miqyasını qısa müddətdə atrırıb.

Musavat.com-un məlumatına görə, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Q.Vəzirov küçəsində baş verən güclü yanğının qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.

Qeyd edək ki, bu ərazidə yanğının baş verməsi ilk dəfə deyil. Bundan əvvəl də eyni ərazidə baş verən güclü yanğın FHN əməkdaşları tərəfindən evlərə yaxınlaşmadan söndürülmüşdü.

Yanğın baş verən mazutluq ərazi zibilxana kimi istifadə olunur. Sakinlərin zibillik ərazini yandırması nəticəsində mazutluq ərazi də alışıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Cəbhədə vəziyyət gərginləşdi – Artilleriya döyüşləri yenidən başladı

%d bloqqer bunu bəyənir: