Loading...
Loading...

Bakıda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO

Ölkə ərazisində müşahidə olunan güclü külək Nəsimi rayonu Asim Məhərrəmov 15 ünvanında ikimərtəbəli yataqxana binasının dam örtüyünü və fasadını uçurub.

ANS TV-nin məlumatına görə, gecədən sürətlənən küləyin təsirindən binanın dam örtüyünün bir hissəsi ikiyə bölünüb, üstəlik fasada vurulan üzlüklər qoparaq tamamilə yararsız hala düşüb. 46 ailənin məskunlaşdığı belə qəzalı yataqxanada yaşamaq sakinlər üçün əsl təhlükəyə çevrilib.

Bina sakini Fazil Quliyevin sözlərinə görə, Binəqədi rayonunda binanın yanmasından sonra bu binanın da fasadı dəyişdirilərək başqa fasad örtüyü ilə əvəz edilib.

Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumları da xəbərdar etdiklərini deyirlər. Amma hələ də bir tədbir görülməyib. Bu isə mütləqdir, çünki baş verə biləcək bədbəxt hadisədən nəyinki onlar heç ətrafdakılar da sığortalanmayıb.

Bina sakini Zülfüqar Qasımov bunun nəyinki bina sakinləri həmçinin ətrafdakılar üçün də təhlükəli olduğunu bildirib.

“Bu yoldan maşınlar, insanlar keçir insanların başına düşə bilər. Elə sakinlərə də zərər verə bilər” – deyə Zülfüqar Qasımov bildirib.

Güclü küləyin təsirindən binanın yola baxan fasadı durmadan silkələnirdi. Elə bu təhlükəli mənzərənin şahidi olduğumuzdan Nəsimi rayon İcra hakimiyyətini məsələdən xəbərdar etdik. Operativ çəkilişimizə elə operativ də cavab aldıq.

Binanın uçmaq təhlükəsi ilə üz üzə qalan hissəsi dəmir alətlərlə sökülür, bunun üçün hətta yolun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəsimi rayon MKTB-nin rəisi Elman Yahyayev ilkin mərhələdə görüləcək işlərdən danışdı.

“Yüngül konsrtuksiyadan olan elementlər söküləcək. Söküldükdən sonra lazım olan bütün işlər görüləcək. Hazırda təhlükənin aradan qaldırlması istiqamətində işlər görülür” – deyə Elman Yahyayev bildirdi.

Binanın sonrakı aqibəti isə mühəndis və memarların verəcəyi qərardan sonra bəlli olacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Avropa Oyunlarındakı avtobus qəzasında MTN izi

%d bloqqer bunu bəyənir: