24 saat

Bakıda geyim mağazası yandı


Paytaxtda geyim mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan geyim mağazasının anbarında geyim əşyaları 17 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: