Now Reading:
Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir
Full Article 30 second read

Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir


İki gündür yağan yağış Bakıda fəsadlar törədib.

Fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən su çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.

Paytaxtın Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi və Ordubadi küçəsində əhali təxliyyə edilib, Binəqədi şossesində – Poladəritmə zavodunun yaxınlığında yağış suları çəkilib. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: