Advertisements
24 saat

Bakıda fantastik qiymətə iPhone – FOTO

Bakıda fantastik qiymətə “iPhone 7” satılır.

İnterAz xəbər verir ki, elan saytlarından biri yüksək məbləğdə mobil telefon təklif edir. “Apple iPhone 7 Plus, 128GB” 3 900 manata təklif edilir.
Qeyd edək ki, “Apple” korporasiyası Kaliforniyadakı mənzil-qərargahında yeniliklərin təqdimatı çərçivəsində yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.
Yeni smartfonlar şüşə və alüminiumdan ibarət girdə korpus, sıxılma gücünü tanıyan yenidən işlənmiş “Home” düyməsi və “Taptic Engine”yə sahibdir. Qacetlər iki stereodinamikə və IP 67 standartı üzrə su və tozdan müdafiəyə malikdir.
Qacetlər qulaqcıqlar üçün 3,5 mm-lik yuvadan məhrum olub; indi qulaqcıqlar “Lightning” portu vasitəsilə birləşdirilir. “iPhone” komplektinə standart qulaqcıqlar üçün birləşdirmə qurğusu daxil edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: