Bakıda DYP rəisinin oğlu “Gelandewagen”lə ABŞ səfirliyinin maşının əzdi


Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb. Cumhuriyyet.az azadliq.info-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən “Gelandewagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı avtomobilə çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.


Bu haqda missiya.az-ın xəbərinə görə isə qəzanı törədən “Gelandewagen” markalı avtomobil polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.
Qəzaya səbəb sürət həddin aşılması və ara məsafəsinin qorunmaması olub

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Futbol klubunu aparan təyyarə qəzaya düşdü: 72 nəfər… – SON DƏQİQƏ

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: