Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda dayanacağı olmayan avtobuslar – VİDEO

Paytaxtın ən qaynar nöqtələrindən birində sərnişinlər dayanacaq yoxluğundan əziyyət çəkir.

Xezerxeber.com bildirir ki, yüzlərlə sərnişin dayancaq olmayan bu yerdə avtobus gözləyir. Hərə özünü bir üsulla Günəş şüalarından qorumağa çalışır. Kimisi qəzetlə, kimisi yerpiklə. Bir çoxu isə yaxınlıqdakı köşkün kölgəsinə sığınmağa çalışır. Bura 20 Yanvar dairəsinin yaxınlığıdır. Ərazidən isə 20,67,79,91,199 və 205 saylı marşurt avtobusları keçir.

Dayancaq götürülərək onun yerinə avtobusların dayandığını bildirən nişan qoyulub. 20 Yanvar dairəsində problem tək bununla yekunlaşmır. Nəqliyyat Nazirliyi istiqamətindən 20 Yanvar dairəsi istiqamətinə doğru 37 saylı marşurt avtobusunun da dayanacağı yoxdur. Burada da sərnişinlər kölgəlik axtarmaq məcburiyyətində qalırlar.

Sayt problemlə bağlı Bakı Nəqliyyat Agnetliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, adıçəkilən ərazidə dayanacağın qoyulması üçün yer uyğun deyil. Ancaq buna baxmayaraq, problemin aradan qaldırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparılacaq.

Nəqliyyat Nazirliyində isə… 20 Yanvar dairəsi istiqamətinə olan ərazidə dayancağın qoyulması nəzərdə tutulmur.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Azərsu”ya qarşı 50 min manatlıq təzminat iddiası

%d bloqqer bunu bəyənir: