Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda dəhşətli avtobus qəzası: 21 yaralı, FOTOLAR

Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun “Koroğlu” stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə “Shacman” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində avtobus aşıb, yük maşını yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.
Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından sayta bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.
Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.
Faktla bağlı araşdırma aparılır.
Sayt dəhşətli avtobus qəzasının baş verdiyi yerdən çəkilmiş fotoları təqdim edir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

%d bloqqer bunu bəyənir: