Bakıda dənizdə batan iki nəfər xilas edilib


Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir.

Bildirilir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:25-də başa çatıb.

Digər hadisə isə Xəzər rayonunda olub. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:50-də başa çatıb.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Yol polisi qəza şəraiti yaratdı, sürücü son anda xilas oldu – VİDEO

%d bloqqer bunu bəyənir: