Bakıda DƏHŞƏT: 14 yaşlı qızını zorladılar, anası boğub öldürdü

Qız anasına zorlandığını deyərək kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə ilkin baxış iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası yanvarın 12-ə təyin edilib.
Hadisə ötən il baş verib. Sabunçu rayonunda yaşayan Z. Cəfərova evində 14 yaşlı qızı Ehsanə Cəfərovanı münaqişə zəminində boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

24saat.org
Loading...

Qarabağ kimindir? – AYNUR İMRAN YAZIR

Sonrakı Yazı »

Azərbaycanlı “qanuni oğrular” Rusiyada birləşdi – LƏNKƏRANSKİNİN DÜŞMƏNLƏRİ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: