Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda bu məktəb bağlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyətinin dayandırılmasının səbəbini açıqlayıb.

24saat.org-un məlmatına görə, BŞTİ-dən Lent.az-a bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində əvvəlki illərdə olduğu kimi hazırda da təhsilin keyfiyyətinin artırılmasına xidmət edən mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir.

Bakı şəhərində ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində bəzi məktəblərin uzun illər potensial şagird tutumundan dəfələrlə az şagird sayı ilə fəaliyyət göstərdiyinə və perspektivdə şagirdlərin artımı proqnozlaşdırılmadığına görə fəaliyyəti dayandırılır. Bəzən isə ərazi baxımından yaxın yerləşən məktəblər şagird sayının balanslaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün birləşdirilir.

Bu günlərdə 161 nömrəli məktəbin fəaliyyəti dayandırılıb. Məktəbin müəllim – şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.

Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir.

Qeyd edək ki, bu il 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sabah 32 dərəcəyədək isti gözlənilir

%d bloqqer bunu bəyənir: