Advertisements
24 saat

Bakıda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib


Gündüz saatlarında Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:07-də başa çatıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: