Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda bağça müdirəsi barədə ölçü götürüləcək

Vəfa Səfərova adlı valideyinin Binəqədi rayonunda yerləşən 210 saylı bağçada övladı üçün 3 manat qeyri-rəsmi ödənişdən imtina etməsi və uşağln buna görə tədbirdən kənarlaşdırılması cəmiyyətdə narazılıq və rezonans doğurub.

3 yaşlı Əsmər Qədirovanın valideyni Vəfa Səfərovanın sözlərinə görə, müdirənin bayram tədbiri üçün tələb etdiyi 3 manatı vermədiyindən uşaq otaqda tək saxlanılıb. O, övladının bu hadisədən təsirləndiyini və psixoloji zədə aldığını qeyd edib.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəsmisi Modern.az saytına baş verənlərdən xəbərdar olduqlarını bildirib:

 

“Valideyn Vəfa Səfərova, eyni zamanda sözügedən bağçanın müdirəsi Həmidə Əliyeva şöbə müdiri Eldar Yunusovun qəbulunda olub. Məsələyə dair müzakirə aparılıb”.

 

Qurum rəsmisi hadisədə adıçəkilən bağça müdirəsi Həmidə Əliyeva barədə ölçü götürüləcəyini istisna etməyib:

 

“Məsələyə baxılır. Çox güman ki, cənab Eldar Yunusov onun barəsində müvafiq ölçü götürəcək”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Wi-Fi ötürücüsünün yaxşı işləməsi üçün nə etməli?

%d bloqqer bunu bəyənir: