Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda bəy maşını uşağın üstünə sürdü – Video

Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.

Digər avtomobillərdən birinin reqistratoru tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.
Videodan da göründüyü kimi, “Mersedes-Gelandevagen” markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.(Avtosfer.az)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

“Toppuş” ləqəbli kişi Cəlilabadda mağaza sahibini qətlə yetirib

%d bloqqer bunu bəyənir: