Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda ayı peyda oldu – Sakinlər təşviş içindədir

Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən “BakuBus”ın avtomobil parkı yaxınlığında ayı peyda olub. ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

“Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, – deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

“BakuBus” və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqlədilər. Onun bala ayı olduğunu qeyd etdilər. FHN-dən bildirdilər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Bərdədəki yaralılar necədir?

%d bloqqer bunu bəyənir: