Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bakıda avtomobillərə qənim kəsilənlər tutuldu

Bakıda avtomobilləri qarət edən şəxslər tutulub.
24saat.org Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da və 11-də Bakı şəhər sakinləri Mehman Qasımova və Fərid Vəkilzadəyə məxsus avtomobillərdən səsgücləndirici və kompüter aksesuarları oğurlamaqda, habelə Osman İsmayılova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar paytaxt sakini Elvin Məmmədov, Quba rayon sakini Bəxtiyar Hüseynov və qardaşı Kazım tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 22-dən 25-dək olan müddətdə daha bir avtomobildən səsgücləndirici və təmir-tikinti alətləri oğurlamaları, iki avtomobildən oğurluğa cəhd göstərmələri, habelə Hikmət Cavadova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Şəmkirdə qadının qadını bıçaqlamasının səbəbi məlum oldu

%d bloqqer bunu bəyənir: