Now Reading:
Bakıda avtobuslar yarışa çıxdı – Təhlükə, söyüş və lotuluq
Full Article 40 second read

Bakıda avtobuslar yarışa çıxdı – Təhlükə, söyüş və lotuluq

36 və 81 nömrəli avtobusların sürücüləri insanların həyatını təhlükəyə ataraq özbaşınalıq ediblər.


Bakıda 36 və 81 nömrəli avtobusların yarışa çıxmasını əks etdirən görüntülər yayılıb. Sentyabrın 14-də, saat 19.08 radələrində 36 və 81 nömrəli avtobusların sürücüləri dayanacağa daha tez çatmaq üçün təhlükəli hərəkətlərə əl ataraq ötüşürlər. Onlar hətta bir-birlərinə və ətrafdakı avtomobillərə qəza şəraiti də yaradırlar. Özbaşınalıq o dərəcəyə çatıb ki, “Daewoo” markalı, 10 TG 534 dövlət nömrə nişanlı avtobusun sürücüsü dayanacaqda sərnişin götürəndən sonra onun hərəkətlərinə etiraz edən sürücülərin yolunu kəsir. O, qarşı tərəf boş olduğu halda asta sürətlə hərəkət edərək sanki həmin sürücülərə acıq verir.
Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bu sürücülərlə bağlı müvafiq tədbir görəcəyinə inanırıq.(Avtosfer.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: