24 saat

Bakıda ATS-i su basdı – Sakinlər telefonsuz qaldı


Bakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.

Yasamal Telefon Qovşağı EATS 401-dən AzVision.az-a verilən məlumata görə, dünən axşam saatlarında telefon qovşağının binasını su basıb.

Kabellər zədələndiyi üçün qovşağın əhatə etdiyi nömrələrin işləməsində problem yaranıb.

ATS-dən bildirilib ki, hazırda ərazidə iş gedir və günorta saatlarından sonra bütün nömrələr işlək vəziyyətdə olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: