Bakıda ana və qızını maşın vurdu – ANA ÖLDÜ | 24 saat

Bakıda ana və qızını maşın vurdu – ANA ÖLDÜ

Bakının Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Pirşağı qəsəbəsində hərəkətdə olan Renault markalı avtomobil qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə Əhmədovanı vurub. Nəticədə ana ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.

Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Faktla əlaqədar Cinayət Məcəllənin 263.3 (avtonəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.(musavat.com)

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Bakıda qardaş qardaşı bıçaqladı

%d bloqqer bunu bəyənir: