Loading...
Loading...

Bakıda alimlərin binası hərraca çıxarıldı – RƏSMİ

Vergilər Nazirliyi Bakıda və ölkənin müxtəlif rayonlarında tikinti işləri aparan “Yevro Stroy-S” şirkətinə məxsus 15 mərtəbəli yaşayış binasını satışa çıxarmasına aydınlıq gətirib.

Məlumat ümün bildirək ki, bir neçə il öncə Milli Elmlər Akademiyası ilə bağlanmış müqaviləyə əsasən, “Yevro Stroy-S” MMC akademiyanın işçilərinə 3 blokdan ibarət 15 mərtəbəli bina tikməkdədir.

Razılaşmaya görə, binanın iki bloku AMEA-ya verilib, bir bloku şirkətə qalır. Nazirliyin açıqladığı elanda göstərilir ki, Abbas Mirzə Şərifzadə küçəsi, 12 ünvanında yerləşən 11 mərtəbəli və tikintisi bitməyən yaşayış binası 1,5 milyon manata hərraca çıxarılıb. Hərracın mayın 27-də keçiriləcəyi qeyd olunub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “EVRO STROY-S” MMC-nin əmlakının hərraca çıxarılması ilə bağlı modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin 11 may 2016-cı ilədək dövlət büdcəsinə 1004,7 min manat borcu var: “Dövlət büdcəsinə yaranmış borcla əlaqədar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən 5 fevral 2015-ci ildə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar açılıb və onun 1500,0 min manat dəyərində əmlakı siyahıya alınaraq müvafiq protokol tərtib edilib.

Vergi ödəyicisi vergi öhdəliyini 30 gün müddətində yerinə yetirmədiyindən Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi orqanı tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunub və məhkəmənin 19 noyabr 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək siyahıya alınmış əmlakın açıq hərracda satılması qət edilib”.

Məlumatda bildirilib ki, vergi ödəyicisi qətnaməni mübahisələndirdiyindən məsələyə dəfələrlə müxtəlif məhkəmə instansiyalarında baxılıb: “Son məhkəmə instansiyasının,Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 fevral 2016-cı il qərarı ilə vergi orqanının şikayəti təmin edilib. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarı qanuni qüvvəyə mindiyi üçün mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qərarlarının icrası üzrə müvafiq strukturlar tərəfindən borcun tələb edilməsi barədə məhkəmə qətnaməsinin icrasını təmin etmək istiqamətində müvafiq prosedurların həyata keçirilməsinə başlanıb. Siyahıya alınmış əmlakın satılması ilə əlaqədar icra strukturu tərəfindən hərrac mərkəzinə müraciət edilib. Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi”də siyahıya alınmış əmlakın satışı ilə bağlı ilkin hərracın keçiriləcəyi barədə elan verilib”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Bakının mərkəzindəki binalarda kondisionerlər sökülür

Loading...
%d bloqqer bunu bəyənir: