Advertisements
24 saat

Bakıda ağır qəza: 8 yaralı


Bu gün səhər saatlarında Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 02 BM 632 dövlət qeydiyyat nişanlı “Mercedes” və 90 ZX 165 nömrə nişanlı “Opel” markalı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki sürücü və avtomobillərdə olan 6 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Qəzada yaralananlardan 7-si kişi, 1-i isə 26 yaşlı qadındır.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: